Главная > Region > İranın cənubunda güclü zəlzələ olub
İranın cənubunda güclü zəlzələ olub29-05-2025, 05:00. Разместил: Rss Bot Report |
|
İranın cənub hissəsində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. “Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 352 min əhalisi olan Bəndər-Abbas şəhərindən 158 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Вернуться назад |