Главная > Region > AKP-nin sözçüsü: ​​​​​​​PKK-nın bütün qolları silahları təhvil verməlidir

AKP-nin sözçüsü: ​​​​​​​PKK-nın bütün qolları silahları təhvil verməlidir


16-05-2025, 22:30. Разместил: Rss Bot Report

PKK terror təşkilatının bütün qolları silahları təhvil verməlidir.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik “Habertürk”ün efirində deyib.

O bildirib ki, məsələ silahı atmaqdan yox, təhvil verməkdən gedir: “Çünki silahı atmaq passiv fəaliyyətdir”.

Ö.Çəlik əlavə edib ki, silahları təhvil vermək tələbi bütün terrorçulara aiddir.


Вернуться назад