Главная > Region > Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb13-05-2025, 17:30. Разместил: Rss Bot Report |
|
Ermənistan silahlı qüvvələrinin hərbçisi Sünik vilayətinin Meqri şəhəri yaxınlığında yerləşən hərbi hissələrdən birində elektrik cərəyanı vurması nəticəsində ölüb. “Report”un məlumatına görə, bu barədə Ermənistan KİV-ləri xəbər verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, mayın 13-də saat 10:30 radələrində N saylı hərbi hissənin hərbi qulluqçusu Karen Avetisyan naməlum şəraitdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisənin tam aydınlaşdırılması üçün araşdırma aparılır. Вернуться назад |