Главная > Region > Xarkova kütləvi dron hücumu nəticəsində yaralananların sayı 45 nəfərə çatıb

Xarkova kütləvi dron hücumu nəticəsində yaralananların sayı 45 nəfərə çatıb


30-04-2025, 13:00. Разместил: Rss Bot Report

Rusiya Silahlı Qüvvələrinin Xarkova kütləvi hücumu nəticəsində yaralananların sayı 45 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən məlumat yayıb.

"Yaralananlara yardım göstərmək üçün 13 təcili tibbi yardım briqadası cəlb edilib", - o bildirib.

Fövqəladə Hallar Dövlət Xidməti dronlarla hücumun geniş miqyaslı yanğınlara və dağıntılara səbəb olduğunu bildirib. Xüsusilə, yaşayış evləri, qarajlar və infrastruktur obyektləri dağıdılıb, həmçinin avtomobillər zədələnib.


Вернуться назад