Главная > Region > Primorskda anbarda güclü partlayış baş verib
Primorskda anbarda güclü partlayış baş verib12-04-2025, 10:00. Разместил: Rss Bot Report |
|
Rusiyanın Primorsk diyarının Lesozavodsk şəhərində güclü partlayış baş verib. “Sizinxeber.az” xəbər verir ki, bu barədə “SHOT” Telegram kanalı məlumat yayıb. Məlumata görə, hadisə aprelin 12-də səhər saatlarında yerli anbarlardan birində baş verib. "İlkin məlumata görə, hadisə köhnə və nasaz soyuducunun partlaması nəticəsində baş verib", - məlumatda qeyd olunub. Jurnalistlərin bildirdiyinə görə, partlayışdan sonra anbarda yanğın başlayıb. Fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları artıq hadisə yerinə gəliblər. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Вернуться назад |