Главная > Region > Yaşar Gülər: Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir
Yaşar Gülər: Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir30-03-2025, 17:00. Разместил: Rss Bot Report |
|
Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir. “Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Çanaqqalada Amfibiya Korpusu Komandanlığında bayram namazını qıldıqdan sonra müraciətində deyib. O bildirib ki, Türkiyə Azərbaycan, Şimali Kipr, Liviya, Qətər, Somali, Kosovo, Bosniya-Herseqovinada, habelə bir sıra bölgələrdə qardaş, dost və müttəfiq ölkələrin haqlı mübarizələrinə dəstək verməyə davam edir: “Beləliklə, Türkiyə qlobal sülh və sabitliyə töhfə verir”. Nazir söyləyib ki, Türkiyə Silahlı Qüvvələri bu fəaliyyətlərlə yanaşı, həm də genişmiqyaslı təlimlər keçirir. Вернуться назад |