Главная > Region > “Turkish Cargo” yük təyyarəsi Bişkekdə məcburi eniş edib

“Turkish Cargo” yük təyyarəsi Bişkekdə məcburi eniş edib


10-03-2025, 11:00. Разместил: Rss Bot Report

Türkiyənin “Turkish Cargo” şirkətinə məxsus yük təyyarəsi Qırğızıstanın Bişkek hava limanında məcburi eniş edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə TASS-a "Qırğızıstan Hava Limanları" ASC-nin mətbuat xidməti məlumat verib.

"Təyyarə Çinin Şençjen şəhərindən İstanbula uçurdu. Bişkekdə yanacaq doldurulması planlaşdırılırdı, lakin enişdən əvvəl hidravlik sistem sıradan çıxıb", - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Məcburi eniş zamanı xəsarət alan olmayıb.


Вернуться назад