Главная > Region > Xabarovsk-Ayan reysi ilə uçan təyyarənin salonunda nasazlıq yaşanıb
Xabarovsk-Ayan reysi ilə uçan təyyarənin salonunda nasazlıq yaşanıb4-03-2025, 09:30. Разместил: Rss Bot Report |
|
Xabarovsk-Ayan reysi ilə uçan təyyarə salonunda tüstülənmə səbəbindən çıxış hava limanına geri qayıdıb. “Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat verib. Məlumata görə, "Aurora" aviaşirkətinə məxsus təyyarənin sağ mühərrikində tüstülənmə baş verib. Göyərtədə 11-i sərnişin olmaqla 13 nəfər olub. Bildirilib ki, xəsarət alan olmayıb. Qurum araşdırma aparır. Вернуться назад |