Главная > Region > ABŞ-nin Rusiyadakı yeni səfiri Norland ola bilər
ABŞ-nin Rusiyadakı yeni səfiri Norland ola bilər18-02-2025, 18:00. Разместил: Rss Bot Report |
|
ABŞ-nin Moskva diplomatik missiyasına hazırkı səfir Linn Treysinin əvəzinə Liviyadakı xüsusi nümayəndə Riçard Norland rəhbərlik edə bilər. “Report” xəbər verir ki, bu barədə "Kommersant" mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, bununla əlaqədar ABŞ Rusiyaya müvafiq sorğu göndərib. Norland təxminən 35 ildir diplomatik xidmətdədir və əvvəllər ABŞ-nin Liviya, Gürcüstan və Özbəkistandakı səfirliklərinin rəhbəri olub, həmçinin ABŞ-nin Əfqanıstan və Latviyada diplomatik missiyasının rəhbər müavini vəzifəsində çalışıb. Вернуться назад |