Главная > Region > Rusiyada sərnişin təyyarəsinin enişi zamanı problem yaşanıb
Rusiyada sərnişin təyyarəsinin enişi zamanı problem yaşanıb18-02-2025, 11:00. Разместил: Rss Bot Report |
|
Rusiyada Olekminsk-Yakutsk marşrutu üzrə uçan “An-24” təyyarəsi şassinin sınmasına görə eniş edə bilməyib. “Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Yakutiyanın Xilasetmə Xidməti məlumat yayıb. "Saat 13:15-də Yakutiya Xilasetmə Xidmətinin növbətçi dispetçerinə məlumat daxil olub - Olekminsk-Yakutsk marşrutu üzrə uçan “An-24” təyyarəsi Yakutsk hava limanında eniş edə bilmir. "Polyar Hava Yolları"na məxsus təyyarə saat 13:15-də eniş etməli idi. Səbəb şassinin sınması olub", - məlumatda qeyd edilib. Daha sonra regionun xilasetmə xidməti təyyarənin hava limanına uğurla eniş etdiyini bildirib. Təyyarədə 34 sərnişin və 5 nəfər ekipaj üzvü olub. Вернуться назад |