Главная > Region > “Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb
“Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb6-02-2025, 15:00. Разместил: Rss Bot Report |
|
Fransa istehsalı olan “Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb. “Report” xəbər verir ki, bu barədə Fransa silahlı qüvvələrinin naziri Sebastyen Lekornu sosial şəbəkələrdə məlumat verib. "2024-cü il iyunun 6-da Fransa Prezidenti Emmanuel Makron Ukraynaya “Mirage 2000” təyyarələrinin tədarük ediləcəyini bəyan etmişdi. Bu gün ilk təyyarələr Ukraynaya çatdırılıb", - o bildirib. Onun sözlərinə görə, təyyarələri Fransada təlim keçmiş Ukrayna pilotları idarə edir. Вернуться назад |