Главная > Region > Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb, ölənlər və yaralananlar var
Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb, ölənlər və yaralananlar var30-01-2025, 12:00. Разместил: Rss Bot Report |
|
Türkiyənin Dənizli əyalətinin Pamukkale rayonunda mikroavtobus qəzaya uğrayıb. “Sizinxeber.az” xəbər verir ki, məlumatı “Haber Global” yayıb. İlkin məlumata görə, nəticədə dörd nəfər ölüb, altı nəfər yaralanıb. Bildirilib ki, şüşə fabrikinin işçilərini daşıyan mikroavtobus İrlıqanlı məhəlləsində yolun kənarındakı zibil qutusuna və betondan olan işıq dirəyinə çırpılıb. Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Вернуться назад |