Главная > Region > Moskvada Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin görüşü keçiriləcək
Moskvada Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin görüşü keçiriləcək22-01-2025, 22:30. Разместил: Rss Bot Report |
|
Yanvarın 28-də Moskvada Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin görüşü keçiriləcək. “Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan və İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib. Onun sözlərinə görə, tərəflər Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşımaların həcmini 15 milyon tona çatdırmağı hədəfləyirlər. “Ümid edirəm ki, yanvarın 28-də Moskvada keçiriləcək görüşdə hər üç ölkə Şimal-Cənub dəhlizi çərçivəsində tranzit fəaliyyətinin inkişafı ilə bağlı müvafiq razılaşmalar əldə edəcək”, - F.Sadiq bildirib. O, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsinin 20 faiz artaraq 580 milyon dollar təşkil etdiyini vurğulayıb. Вернуться назад |