Главная > Region > Sırski: Rusiyanın keçənilki itkiləri öncəki 2 ildən daha çoxdur
Sırski: Rusiyanın keçənilki itkiləri öncəki 2 ildən daha çoxdur20-01-2025, 01:30. Разместил: Rss Bot Report |
|
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski bildirib ki, 2024-cü ildə Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri 434 mindən çox şəxsi heyət təşkil edib ki, bu da 2022 və 2023-cü illərdəki itkilərdən daha çoxdur. “Report” xəbər verir ki, bu barədə yüksəkrütbəli hərbçi -ə müsahibəsində söyləyib. “Bizim hesablamalarımıza görə, ümumi itkilər (Rusiyanın – red.) şəxsi heyətin 434 mindən üzvü təşkil edib, onlardan təxminən 150 mini 2024-cü ildə ölüb. Bu döyüş ili ərzində o, əvvəlki iki müharibə ilindən daha çox itki verib”, – o qeyd edib. Ukrayna və Rusiya qüvvələrinin itkiləri arasındakı nisbət barədə suala Sırski belə cavab verib: “Belə deyək, dəfələrlə çoxdur”. Вернуться назад |