Главная > Region > Tokayev Qazaxıstanın yeni ədliyyə nazirini təyin edib - YENİLƏNİB

Tokayev Qazaxıstanın yeni ədliyyə nazirini təyin edib - YENİLƏNİB


9-01-2025, 18:00. Разместил: Rss Bot Report

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yerlan Sarsembayevi ədliyyə naziri təyin etməsi haqqında fərman imzalayıb.

Bu barədə “Sizinxeber.az” “Akordaya” istinadən xəbər verir.

Yerlan Sarsembayev 1975-ci ildə anadan olub. O, 2023-cü il yanvarın 1-dən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

15:21

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ədliyyə naziri Azamat Yeskarayevi vəzifəsindən azad edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

İstefanın səbəbləri açıqlanmayıb.

A.Yeskarayev bu vəzifəyə 2023-cü ilin yanvarında təyin olunmuşdu.


Вернуться назад