Главная > Region > Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb
Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb8-01-2025, 15:00. Разместил: Rss Bot Report |
|
İrəvan və Bakı 2024-cü ildə münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb. “Sizinxeber.az” erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan yanvarın 8-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. "Ötən il Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Biz delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında ilk beynəlxalq-hüquqi sənədi imzalaya bildik", - A.Mirzоyan vurğulayıb. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında delimitasiya işlərinin davam etdirilməsi barədə razılıq var: "Yanvarda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə delimitasiya komissiyalarının görüşü barədə razılıq var”. XİN başçısı həmçinin deyib ki, İrəvan sülh sazişi layihəsi üzrə növbəti təkliflərə Bakının cavabını gözləyir: "Sazişin 17 bəndindən 15-i üzrə razılıq var". Вернуться назад |