Главная > Region > Bu həftə İran və Avropa "üçlüyü"nün nümayəndə heyətləri görüşəcək
Bu həftə İran və Avropa "üçlüyü"nün nümayəndə heyətləri görüşəcək25-11-2024, 17:30. Разместил: Rss Bot Report |
|
İran Avropa “üçlüyü” (Almaniya, Böyük Britaniya, Fransa) ölkələri ilə ikiillik fasilədən sonra noyabrın 29-da Cenevrədə Tehranın nüvə proqramı üzrə danışıqları bərpa edəcək. “Sizinxeber.az” xəbər verir ki, məlumatı “Nour News” agentliyi yayıb. Bildirilib ki, İran və Avropa “üçlüyü”nün nümayəndə heyəti noyabrın 29-da Cenevrədə görüşəcək. ABŞ, Çin və Rusiya nümayəndələri görüşdə iştirak etməyəcək. İranın nümayəndə heyətinə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançı başçılıq edəcək. Вернуться назад |