Главная > Region > Ərdoğan Trampa zəng edib
Ərdoğan Trampa zəng edib7-11-2024, 02:00. Разместил: Rss Bot Report |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik edib. “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb. “<…> Ərdoğan Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp ilə telefon danışığı aparıb”, – məlumatda qeyd olunub. Bildirilib ki, telefon danışığında “Ərdoğan Trampı seçkidəki qələbəsi münasibətilə təbrik edib”. “Danışıqda Prezident Ərdoğan yeni dövrdə Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi diləklərini ifadə edib”, – İdarənin yaydığı məlumatda vurğulanıb. Вернуться назад |