Главная > Region > Ukraynanın Belqoroda zərbələri nəticəsində rusiyalı zabit ölüb

Ukraynanın Belqoroda zərbələri nəticəsində rusiyalı zabit ölüb


1-01-2024, 12:50. Разместил: Rss Bot Report

Belqorodda Rusiya İstintaq Komitəsinin zabiti öldürülüb.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, dekabrın 30-da Rusiya hərbi obyektlərinə endirilmiş zərbə nəticəsində 27 yaşlı rusiyalı baş leytenant Mixail Konopitsın məhv edilib.

Qeyd edək ki, dekabrın 30-da Ukrayna Rusiyanın Belqorod vilayətindəki hərbi obyektlərə zərbələr endirib.


Вернуться назад