Главная > Region > Ermənistan baş nazirinin müavini: Rusiya ilə aramızda həlli vacib olan problemlər var
Ermənistan baş nazirinin müavini: Rusiya ilə aramızda həlli vacib olan problemlər var27-09-2024, 10:30. Разместил: Rss Bot Report |
|
Ermənistanla Rusiya arasındakı münasibətlərdə problemlər var. İki ölkə onları həll etməyə çalışmalıdır. “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib. “Ermənistan-Rusiya münasibətlərində problemlər var. Amma hesab edirəm ki, biz tarazlığı saxlamalı və bütün maneələri aradan qaldırmağa çalışmalıyıq”, - o bildirib. M.Qriqoryan qeyd edib ki, izahı tam verilməyən bir çox problemlər meydana çıxır. “Hesab edirəm ki, biz problemləri anlamağa və düzgün qərarlar qəbul etməyə çalışmalıyıq”, - o əlavə edib. Вернуться назад |