Главная > Region > Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - YENİLƏNİB
Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - YENİLƏNİB14-09-2024, 21:00. Разместил: Rss Bot Report |
|
Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” təyyarə istehsalı korporasiyası ilə arsenalında olan “Su-30” qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır. “Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat verib. O qeyd edib ki, o, artıq Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauxan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib. “Hindustan Times” qəzetinin adını açıqlamadığı Hindistan rəsmisi Ermənistanın “Su-30”un korporasiya tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib: “Bu məsələ ilə bağlı aparılan danışıqlar ilkin mərhələdədir. Ermənistanın arsenalında olan “Su-30” variantı Hindistan Hərbi Hava Qüvvələrindəki “Su-30MKI”dən fərqlidir”. Qeyd edək ki, “Hindustan Aeronautics Limited” Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir. 18:40 Ermənistan hökuməti Hindistan istehsalı olan raketlərin, o cümlədən uzaqmənzilli “Astra” raketlərinin alınması, eləcə də “Su-30” qırıcılarının təkmilləşdirilməsi ilə bağlı bu ölkəyə müraciət edib. "Sizinxeber.az" xəbər verir ki, bu barədə Hindistanın "The Print" nəşri məlumat yayıb. Bildirilib ki, danışıqlar hələ erkən mərhələdədir. “Ermənistanın istifadə etdiyi “Su-30” qırıcıları Hindistanın istismarında olan qırıcılardan fərqlənir. Nə edilə biləcəyini diqqətlə öyrənmək lazımdır. Danışıqlar yeni başlayıb”, - məlumatda qeyd olunub. Вернуться назад |