Главная > Region > KİV: Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsində Hindistanın köməyinə ümid edir

KİV: Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsində Hindistanın köməyinə ümid edir


14-09-2024, 19:00. Разместил: Rss Bot Report

Ermənistan hökuməti Hindistan istehsalı olan raketlərin, o cümlədən uzaqmənzilli “Astra” raketlərinin alınması, eləcə də “Su-30” qırıcılarının təkmilləşdirilməsi ilə bağlı bu ölkəyə müraciət edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Hindistanın "The Print" nəşri məlumat yayıb.

Bildirilib ki, danışıqlar hələ erkən mərhələdədir.

“Ermənistanın istifadə etdiyi “Su-30” qırıcıları Hindistanın istismarında olan qırıcılardan fərqlənir. Nə edilə biləcəyini diqqətlə öyrənmək lazımdır. Danışıqlar yeni başlayıb”, - məlumatda qeyd olunub.


Вернуться назад