Главная > Region > Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib


19-12-2023, 03:04. Разместил: Rss Bot Report

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib.

"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, təşkilat, o cümlədən Rusiya Federasiyasından almaz idxalına qadağa qoyub.

Aİ Rusiyaya qarşı ikili təyinatlı məhsul və texnologiyalara yeni ixrac məhdudiyyətləri tətbiq edib, həmçinin 29 şirkəti və bir neçə şəxsi qara siyahıya salıb.

Bununla yanaşı, Rusiya Federasiyasından mayeləşdirilmiş propan, mis və alüminium məftil, litium batareyaları və PUA-lar üçün komponentlərin idxalına qadağa qoyulub.

Eləcə də Rusiya vətəndaşlarına kriptovalyutalarla bağlı Avropa şirkətlərində yüksək vəzifə tutması qadağan edilib.


Вернуться назад