Главная > Region > Egey dənizi sahillərində kiçikhəcmli gəmi batıb, iki uşaq itkin düşüb

Egey dənizi sahillərində kiçikhəcmli gəmi batıb, iki uşaq itkin düşüb


21-08-2025, 09:30. Разместил: Rss Bot Report

Türkiyənin Muğla vilayətinin Egey dənizi sahillərində kiçikhəcmli gəmi batıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, gəminin göyərtəsində 8 nəfər olub. Onlardan 6-sı üzərək sahilə çıxmağı bacarsa da, 2 uşaq itkin düşüb. Hazırda onların axtarışı davam etdirilir.

Muğla valisi İdris Akbıyık deyib ki, axtarış işlərinə 1 helikopter, 3 qayıq, 2 dalğıc qrupu cəlb olunub.


Вернуться назад