Главная > Region > Ermənistanın Vaşinqtondakı yeni səfirinin namizədliyi təsdiqlənib
Ermənistanın Vaşinqtondakı yeni səfirinin namizədliyi təsdiqlənib20-08-2025, 12:00. Разместил: Rss Bot Report |
|
ABŞ Ermənistanın yeni səfirinin namizədliyini təsdiqləyib - bu vəzifəyə hazırkı əmək və sosial məsələlər naziri Narek Mkrtçyan təyin ediləcək. “Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Qeyd olunub ki, Ermənistan hökumətində Mkrtçyanın təyinatı birmənalı qarşılanmayıb — onun bu vəzifədə səmərəli işləmək qabiliyyətinə şübhələr var. 2021-ci ildə təyin edilmiş Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuntsun səlahiyyət müddəti bu il avqustun 2-də başa çatıb. Yeni təyinat təsdiqlənməyib, prezident isə onun mandatının uzadılması haqqında fərman imzalamayıb. Buna görə də Ermənistan qanunvericiliyinə əsasən, avqustun 3-dən etibarən o, rəsmi olaraq ölkəni təmsil edə bilməz. Вернуться назад |