Главная > Region > İstanbulda avtobusun aşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
İstanbulda avtobusun aşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB18-08-2025, 18:30. Разместил: Rss Bot Report |
|
İstanbulda Şimali Mərmərə magistralında avtobusun aşması nəticəsində ölənlərin sayı dördə çatıb. “Sizinxeber.az” xəbər verir bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd olunub ki, 26 nəfər yaralanıb. Xəsarət alanlardan 24-nün müalicəsi davam edir, ikisi isə evə buraxılıb. İstintaq çərçivəsində sürücü saxlanılıb. 09:20 İstanbulda Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb. Bu barədə “Sizinxeber.az” “TRT Haber”ə istinadən xəbər verir. "Yerli vaxtla saat 06:15 radələrində Tokatdan Tekirdağa gedən nəqliyyat vasitəsi Sancaktepe Paşaköy bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb", - məlumatda bildirilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Qəza ilə bağlı araşdırma başladılıb. Вернуться назад |