Главная > Region > Qırğızıstana məxsus təyyarə Vnukovoda təcili eniş edib
Qırğızıstana məxsus təyyarə Vnukovoda təcili eniş edib18-08-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Qırğızıstanın “Aero Nomad Airlines” aviaşirkətinə məxsus təyyarə Vnukovoda təcili eniş edib. “Report” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb. Bildirilib ki, Moskva-Oş reysini həyata keçirən “Airbus A320” təyyarəsi uçuşdan qısa müddət sonra nasazlığın yaranması barədə məlumat verib. "Təyyarə yerə eniş edib, ona texniki baxış keçirilir. Nasazlıqların aradan qaldırılması üç saata yaxın vaxt aparacaq, bundan sonra təyyarə Oşa yola düşəcək", - mətbuat xidmətindən bildirilib. Вернуться назад |