Главная > Region > İran və AEBA danışıqların yeni raundunu keçirə bilər
İran və AEBA danışıqların yeni raundunu keçirə bilər18-08-2025, 13:30. Разместил: Rss Bot Report |
|
Yaxın günlərdə İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında danışıqların yeni raundu keçirilə bilər. “Sizinxeber.az” İran mediasına istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə bildirib. "AEBA-nın baş direktorunun müavininin keçən həftə İrana səfərində məqsəd İsrail və ABŞ-nin İranın dinc nüvə obyektlərinə hücumlarından sonra Tehranla agentlik arasında qarşılıqlı fəaliyyət formatını işləyib hazırlamaqdan ibarət olub. Yaxın günlərdə İran və AEBA arasında danışıqların növbəti raundu keçirilə bilər", - o qeyd edib. Вернуться назад |