Главная > Region > İstanbulda avtobus aşıb, üç nəfər ölüb, 20 nəfər xəsarət alıb
İstanbulda avtobus aşıb, üç nəfər ölüb, 20 nəfər xəsarət alıb18-08-2025, 09:30. Разместил: Rss Bot Report |
|
İstanbulda Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb. Bu barədə “Sizinxeber.az” “TRT Haber”ə istinadən xəbər verir. "Yerli vaxtla saat 06:15 radələrində Tokatdan Tekirdağa gedən nəqliyyat vasitəsi Sancaktepe Paşaköy bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb", - məlumatda bildirilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Qəza ilə bağlı araşdırma başladılıb. Вернуться назад |