Главная > Region > Ryazan vilayətində barıt sexində baş verən partlayışda beş nəfər ölüb - YENİLƏNİB
Ryazan vilayətində barıt sexində baş verən partlayışda beş nəfər ölüb - YENİLƏNİB15-08-2025, 15:30. Разместил: Rss Bot Report |
|
Rusiyanın Ryazan vilayətindəki "Elastik" zavodunun barıt sexində baş verən partlayış və yanğın nəticəsində beş nəfər ölüb. “Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Barıt sexinin binası tamamilə dağılıb, dağıntılar altında insanlar qalıb. 13:38 Rusiyanın Ryazan vilayətində "Elastik" zavodunun barıt sexində baş verən partlayış nəticəsində üç nəfər ölüb. “Sizinxeber.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə xidmətlər məlumat yayıb. Bundan əlavə, partlayış nəticəsində 20 nəfər xəsarət alıb. Вернуться назад |