Главная > Region > Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək - EKSKLÜZİV
Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək - EKSKLÜZİV15-08-2025, 12:30. Разместил: Rss Bot Report |
|
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası (EUMA) fəaliyyətini davam etdirəcək, onun mandatında mümkün dəyişikliklər isə İrəvan və Brüssel arasında müzakirə olunacaq. Bu barədə “Sizinxeber.az”un Avropa bürosuna Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib. "Missiyanın səlahiyyətlərinə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindən yerlərdəki vəziyyəti müşahidə edərək məlumat vermək daxildir", - Aİ nümayəndəsi bildirib. O qeyd edib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və tərəfləri onu tezliklə imzalamağa və ratifikasiya etməyə çağırıb. Вернуться назад |