Главная > Region > Rusiyanın üç hava limanı fəaliyyətini dayandırıb
Rusiyanın üç hava limanı fəaliyyətini dayandırıb15-08-2025, 07:30. Разместил: Rss Bot Report |
|
Rusiyanın Tambov, Samara və Saratov hava limanları uçuşların qəbulunu və göndərilməsini dayandırıb. “Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. Belə məhdudiyyətlər PUA-ların Rusiya regionlarına hücum riski ilə əlaqədar tətbiq edilib. Əvvəllər Tambov eyni məhdudiyyətləri avqustun 4-də tətbiq edib və qadağa üç saat davam edib. Saratovda avqustun 14-nə keçən gecə hava limanında tədbir təxminən üç saat ərzində qüvvədə olub. Вернуться назад |