Главная > Region > Rusiyalı bloqer qiyabi olaraq səkkiz il azadlıqdan məhrum edilib
Rusiyalı bloqer qiyabi olaraq səkkiz il azadlıqdan məhrum edilib14-08-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Moskva məhkəməsi bloqer İlya Varlamovu Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumatlar yaymaqda ittiham edərək qiyabi olaraq səkkiz il həbs cəzasına məhkum edib. “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məhkəmə həmçinin Varlamova 99 milyon rubl (1,2 milyon dollardan çox) məbləğində cərimə təyin edib. Вернуться назад |