Главная > Region > Zelenski: Rusiyanın müharibəni başa çatdırmaq niyyətində olduğunu göstərən heç bir əlamət yoxdur
Zelenski: Rusiyanın müharibəni başa çatdırmaq niyyətində olduğunu göstərən heç bir əlamət yoxdur13-08-2025, 13:00. Разместил: Rss Bot Report |
|
Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarla müharibənin başa çatdırılması ilə bağlı bir sıra məsləhətləşmələr apardığını bildirib. “Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb. "Bu günlərdə tərəfdaşlarla 30-dan çox danışıq və məsləhətləşmə olub. Bu müharibəni bitirmək, ədalətli sülh naminə Rusiyaya təzyiq göstərmək, Rusiyanın yalana əl atmasına yol verməmək üçün Ukraynanın, tərəfdaşlarımızın təcrübəsindən istifadə etmək lazımdır", - o qeyd edib. V.Zelenskinin sözlərinə görə, hazırda Rusiya tərəfinin müharibəni başa çatdırmağa hazırlaşdığını göstərən heç bir əlamət yoxdur. "Bizim - Ukrayna, Birləşmiş Ştatlar, Avropa, sülh istəyən bütün ölkələrin birgə səyləri və addımları Rusiyanı sülhə məcbur edə bilər", - o əlavə edib. Вернуться назад |