Главная > Region > Qırğızıstan-Özbəkistan sərhədindəki keçid məntəqəsi bağlanıb
Qırğızıstan-Özbəkistan sərhədindəki keçid məntəqəsi bağlanıb13-08-2025, 09:30. Разместил: Rss Bot Report |
|
Qırğızıstan və Özbəkistan sərhədindəki "Otukçu" keçid məntəqəsi müvəqqəti bağlanıb. “Report” xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb. Bununla əlaqədar vətəndaşlar saat 07.00-dan 23.00-dək fəaliyyət göstərən "Apkan" sərhəd məntəqəsinə yönləndiriləcəklər. Keçid məntəqəsi güclü su axınları nəticəsində "Otukçu" və "Tul" keçid məntəqələri arasındakı körpünün dayaqlarının yuyulması ilə əlaqədar olaraq bağlanıb. Вернуться назад |