Главная > Region > Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək

Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək


11-08-2025, 17:00. Разместил: Rss Bot Report

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili avqustun 12-də Türkiyəyə ilk rəsmi səfər edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində Türkiyə - Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılacaq.


Вернуться назад