Главная > Region > İrkutskda 17 sərnişinin olduğu avtobus Baykal gölünə düşüb
İrkutskda 17 sərnişinin olduğu avtobus Baykal gölünə düşüb8-08-2025, 13:30. Разместил: Rss Bot Report |
|
İrkutsk vilayətinin Olxon rayonunda sərnişinlərlə dolu mikroavtobus yamacdan Baykal gölünə yuvarlanıb. "Report"un Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə RF DİN-in regional idarəsindən bildirilib. "İlkin məlumatlara görə, bu gün gündüz saatlarında mikroavtobus özbaşına hərəkətə başlayıb və yamacdan Baykal gölünə yuvarlanıb. Hadisə baş verən zaman salonun içində insanlar olub. Onlar xəsarət alıblar", - məlumatda deyilir. Hadisə yerinə təcili yardım xidmətlərinin əməkdaşları gəliblər. Mikroavtobusda 17 sərnişin olub. Onlardan bəzilərinə tibbi yardım göstərilib. Qəzanın səbəbləri araşdırılır. Вернуться назад |