Главная > Region > Qazaxıstanda AES-in tikintisi 14-15 milyard dollara başa gələ bilər
Qazaxıstanda AES-in tikintisi 14-15 milyard dollara başa gələ bilər8-08-2025, 11:00. Разместил: Rss Bot Report |
|
Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi üzrə işlərin dəyəri 14-15 milyard ABŞ dolları təşkil edə bilər. “Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev AES-in tikintisi üzrə işlərin başlanması mərasimində deyib. "Layihəyə yönəldilən investisiyaların məbləği təxminən 14-15 milyard ABŞ dolları təşkil edəcək", - o bildirib. Tikinti işlərinin 2035-2036-cı illərdə yekunlaşacağı gözlənilir. Вернуться назад |