Главная > Region > Türkmənistan və AEBA 2030-cu ilə qədər əməkdaşlıq proqramına dair razılığa gəlir
Türkmənistan və AEBA 2030-cu ilə qədər əməkdaşlıq proqramına dair razılığa gəlir4-08-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Türkmənistan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) 2025-2029-cu illər üçün Əməkdaşlıq üzrə Çərçivə Proqramını razılaşdırırlar. “Report” Türkmənistan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Türkmənistan xarici işlər nazirinin müavini Ahmet Qurbanovun Avazada AEBA-nın müavini Liu Hua ilə görüşü zamanı məlum olub. "Tərəflər Türkmənistan hökuməti ilə AEBA arasında 2025-2029-cu illər üçün ölkə üzrə Çərçivə Proqramı layihəsinin razılaşdırılmasını müzakirə ediblər. Bu sənədin yaxın zamanda imzalanmasına maraq ifadə olunub", - qurumun məlumatında deyilir. İştirakçılar, həmçinin cari proqram və layihələri, xüsusilə də ölkədə səhiyyənin inkişafı üçün agentliyin ekspert və texniki imkanlarından istifadəni müzakirə ediblər. Вернуться назад |