Главная > Region > XİN rəsmisi: AEBA baş direktorunun müavininin Tehrana səfəri planlaşdırılıb

XİN rəsmisi: AEBA baş direktorunun müavininin Tehrana səfəri planlaşdırılıb


25-07-2025, 12:30. Разместил: Rss Bot Report

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavininin yaxın həftələr ərzində Tehrana səfəri planlaşdırılıb.

“Report” “fararu.com”a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, səfərdə məqsəd İranla Agentlik arasında yeni əməkdaşlıq protokolunun hazırlanması üzrə məsləhətləşmələrin keçirilməsidir.

İ.Bəqai qeyd edib ki, 12 günlük müharibə nəticəsində zərər çəkmiş nüvə obyektlərinə səfər nəzərdə tutulmur.


Вернуться назад