Главная > Region > İranın cənubunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB
İranın cənubunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB19-07-2025, 15:30. Разместил: Rss Bot Report |
|
İranın Fars əyalətində Firuzabad və Kəvar şəhərləri arasındakı şosedə avtobusun aşması nəticəsində ölənlərin sayı 15-ə çatıb. "Report" xəbər verir ki, bu barədə bölgənin təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib. "Son statistik məlumatlara əsasən, Firuzabad – Kəvar avtomobil yolunda avtobusun aşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb", - onun sözləri IRNA agentliyinin teleqram kanalında qeyd edilib. M.Abed həmçinin bildirib ki, xəsarət alanların sayı 27-yə çatıb. 14.48 İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. “Report” xəbər verir ki, bu barədə regionun təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib. "Hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər ağır xəsarət alıb", - onun sözləri IRNA-nın teleqram kanalında qeyd edilib. Вернуться назад |