Главная > Region > Rusiyanın hücumları nəticəsində Kiyevdə 2 nəfər həlak olub, 22 nəfər yaralanıb
Rusiyanın hücumları nəticəsində Kiyevdə 2 nəfər həlak olub, 22 nəfər yaralanıb10-07-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində yaralananların sayı 22 nəfərə çatıb. "Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib. "Rusiyanın növbəti terroru nəticəsində yaralanan insanlar yardım üçün müraciət etməyə davam edirlər. Artıq 22 nəfərin yaralandığı məlumdur", - o qeyd edib. Daha əvvəl, hücum nəticəsində 2 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilmişdi. Вернуться назад |