Rusiya memorandumu Ukraynada seçkiləri və sülh müqaviləsinin imzalanmasını nəzərdə tutur
sizinxeber.az xəbər saytı

Rusiya memorandumu Ukraynada seçkiləri və sülh müqaviləsinin imzalanmasını nəzərdə tutur


Rusiyanın Ukrayna ilə münaqişəsinin həlli üzrə təkliflərinə bu ölkədə seçkilərin keçirilməsi və daha sonra sülh müqaviləsinin imzalanması daxildir.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva tərəfinin təkliflərində (memorandumda) qeyd olunub.

Memorandum Krım, Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətlərinin Rusiyanın bir hissəsi kimi beynəlxalq hüquqi tanınması, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və digər hərbiləşdirilmiş birləşmələrin bu ərazilərdən tamamilə çıxarılmasını nəzərdə tutur.

Sənədin üçüncü bölməsində Rusiya 6 min həlak olmuş hərbçinin meyitini Ukrayna tərəfinə təhvil verdikdən dərhal sonra konkret tarixlərlə atəşkəs haqqında Memorandumun imzalanması və gələcək yekun sazişin imzalanması tarixinin müəyyən edilməsi yer alıb.

Bundan sonra 30 günlük atəşkəs elan edilir. Sonra seçkilərin keçirilməsi, Ukrayna ərazisində dövlət orqanlarının formalaşdırılması, ardınca isə müqavilənin imzalanması gəlir. Həmçinin vurğulanır ki, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi BMT Təhlükəsizlik Şurasının qanuni qüvvəyə malik qətnaməsi ilə təsdiq edilməlidir. Yalnız bundan sonra müqavilənin ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsi gözlənilir.

Oxşar xəbərlər

Rusiyanın İstanbulda Ukraynaya təklif etdiyi memorandumun müddəları məlum olub
Putin: Ukrayna ilə gələcək sülh müqaviləsi üzrə memorandum üzərində işləməyə hazırıq
Peskov: Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə çalışır
Tramp ABŞ-nin Rusiya və Ukrayna ilə son görüşlərini müsbət qiymətləndirib
Ukrayna Rusiya ilə memorandum imzalaya bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər