Alparslan Bayraktar: Yeni atom stansiyalarının tikintisi üçün Kanada şirkəti ilə danışıqlar aparılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
18:00

Alparslan Bayraktar: Yeni atom stansiyalarının tikintisi üçün Kanada şirkəti ilə danışıqlar aparılır

21 may, 2025
18:00
557

Alparslan Bayraktar: Yeni atom stansiyalarının tikintisi üçün Kanada şirkəti ilə danışıqlar aparılır

Türkiyə Sinop və Trakiyada qurulması planlaşdırılan ikinci və üçüncü nüvə stansiyalarının tikintisi ilə bağlı Kanadanın “Candu Energy” şirkəti ilə də müzakirələr aparır.

“Report” GDH-yə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, Türkiyənin planlaşdırdığı ikinci və üçüncü nüvə elektrik stansiyaları üçün Kanada şirkəti və başqa ölkələrlə də müzakirələr aparılır: “Rusiya, Cənubi Koreya, Çin ikinci və üçüncü stansiya ilə maraqlanır. Ancaq bunlarla yanaşı, görüşdüyümüz başqa ölkələr və şirkətlər də var. Məsələn, bunlardan biri Kanadadır”.

“Candu Energy” şirkətindən isə məsələ ilə bağlı hələlik münasibət bildirilməyib.

Türkiyənin ilk nüvə enerji stansiyası olan "Mersin Akkuyu" Rusiyanın “Rosatom” dövlət şirkəti tərəfindən 2010-cu ildə imzalanan 20 milyard dollarlıq müqavilə ilə inşa edilir. Türkiyə Qara dəniz sahilindəki Sinopda ikinci, Trakiya bölgəsində isə üçüncü bir stansiya tikməyi hədəfləyir.

Bizimlə əlaqə saxlayın