ABŞ PKK-nın ləğvini alqışlayıb: Bu, sivilizasiya üçün qələbədir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
22:30

ABŞ PKK-nın ləğvini alqışlayıb: Bu, sivilizasiya üçün qələbədir

12 may, 2025
22:30
597

ABŞ PKK-nın ləğvini alqışlayıb: Bu, sivilizasiya üçün qələbədir

ABŞ-nin Türkiyədəki səfirliyi PKK terror təşkilatının ləğv edilməsini alqışlayaraq bunu “sivilizasiya üçün qələbə” kimi qiymətləndirib.

“Report” xəbər verir ki, müvafiq bəyanat diplomatik missiyanın sosial şəbəkə hesabında yerləşdirilib.

“Terrorçu qrupların silahı yerə qoyması sivilizasiya üçün hər zaman qələbə təşkil edir. PKK-nın ləğv qərarı bir dönüş nöqtəsi xarakterindədir”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, ABŞ-nin dövlət katibi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı apararaq bir daha dəstəyini ifadə edib.

“Amerika Birləşmiş Ştatları daimi sülh və təhlükəsizlik yolunda irəliləyən NATO müttəfiqimiz Türkiyənin yanındadır”, – səfirlik qeyd edib.

“Sivil dünyada terrorun gələcəyi yoxdur”, – bəyanatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın