Rusiyada məktəb binasından şagirdlər təxliyə olunublar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
10:30

Rusiyada məktəb binasından şagirdlər təxliyə olunublar

12 may, 2025
10:30
830

Rusiyada məktəb binasından şagirdlər təxliyə olunublar

Yuqrada (Rusiya) məktəbin kollektivi minalanma ilə bağlı məlumat səbəbindən təxliyə ediliblər.

“Report” xəbər verir ki, bu barədə TASS-a regionun təhlükəsizlik qurumlarından məlumat verilib.

"Xantı-Mansiyskdə məktəbin şagirdləri daxil olan minalanma xəbərləri səbəbindən təxliyə edilib. Hazırda təhsil müəssisəsində təhlükəli əşyaların olub-olmaması yoxlanılır", - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, hadisə yerində güc strukturlarının nümayəndələri işləyir. İlkin məlumata görə, uşaqlar evə buraxılıb, dərslər ləğv edilib.

Bizimlə əlaqə saxlayın