Sizinxeber.az » DÜNYA » Region » Ayyüce Türkeş Taş: Şimali Kiprin TDT-nin qeyri-rəsmi sammitində iştirakı beynəlxalq ictimaiyyətə pozitiv mesajdır

Ayyüce Türkeş Taş: Şimali Kiprin TDT-nin qeyri-rəsmi sammitində iştirakı beynəlxalq ictimaiyyətə pozitiv mesajdır

Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində növbəti iştirakı beynəlxalq ictimaiyyətə pozitiv mesajdır.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisində (TBMM) İYİ Partiyadan Adana şəhərini təmsil edən millət vəkili və partiyanın sədr müavini Ayyüce Türkeş Taş bildirib.

Millət vəkilinin fikrincə, mayın 20-22-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müşahidəçi qismində iştirakı sevindirici haldır:

"ŞKTC prezidenti Ersin Tatarın TDT-yə üzv ölkələrin dövlət başçıları ilə birlikdə bu sammitə qatılması təşkilatın Mərkəzi Asiyadan olan dövlət başçılarına nümunə hesab ediləcək davranışdır. Bu toplantıda TDT-yə Mərkəzi Asiyadan üzv olan Türk dövlətlərinin Cənubi Kiprdə səfirliklər açmasının Türk dünyasında yaratdığı gərginliyə aydınlıq gətiriləcəyini düşünürəm. Macarıstanın bir Türk dövləti olaraq Şimali Kiprlə bağlı mövqeyi təqdirəlayiqdir. Fikrimcə, bu, həm də son hadisələrə qətiyyətli bir cavabdır. Yəni, bu, Şimali Kipr Türk Cümhuriyyətini işğalçı hesab edən Cənubi Kipr və Yunanıstanın son təxribatçı cəhdlərinin heç bir nəticə vermədiyini göstərir".

A.T.Taş Qazaxıstanda TDT ilə bağlı keçirilən son toplantıya ŞKTC-nin dəvət edilməməsindən təəssüfləndiyini də bildirib.

"Macarıstanın Avropa İttifaqına üzv olmasına baxmayaraq və Qazaxıstanın tərəddüdlərınə rəğmən, balanslı, ədalətli davranışı Şimali Kiprin Türk dünyasında, eləcə də beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək", - o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !