08
may
2025
17:00
yuxarı
Çin və Rusiya Ay elektrik stansiyasının yaradılması üzrə memorandum imzalayıblar
Çin və Rusiya Ay elektrik stansiyasının yaradılması üzrə memorandum imzalayıblar
"Roskosmos" Dövlət Korporasiyası və Çin Milli Kosmik Administrasiyası (CNSA) Ay elektrik stansiyasının tikilməsini nəzərdə tutan sənəd imzalayıblar.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.
"Roskosmos və Çin Milli Kosmik Administrasiyası Ay elektrik stansiyasının yaradılması üzrə əməkdaşlıq haqqında memorandum imzalayıblar", - məlumatda qeyd edilib.
Dövlət korporasiyası əlavə edib ki, memorandum Rusiya Prezidenti Vladimir Putin ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin bu gün keçirilən görüşünün yekunları üzrə imzalanan sənədlər siyahısına daxil edilib.