Ərdoğan: Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
may
2025
14:30

Ərdoğan: Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək

08 may, 2025
14:30
820

Ərdoğan: Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək

Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək.

"Sizinxeber.az" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup nazir və deputatla görüşündə deyib.

Onun sözlərinə görə, bundan sonra bütün Türkiyə üçün yeni dövr başlayacaq: "Bu mənada, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər, buna hazır olmalıyıq. Bizi asan proses gözləmir. Bu məsələdə sizə güvənirəm".

Prezident görüşdə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı maliyyə cinayətlərinin araşdırılmasına da toxunub: "Bizim vəzifəmiz məhkəmənin öz işini görməsini təmin etməkdir".

Bizimlə əlaqə saxlayın