Rusiyanın şərqində güclü zəlzələ olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
may
2025
06:30

Rusiyanın şərqində güclü zəlzələ olub

08 may, 2025
06:30
812

Rusiyanın şərqində güclü zəlzələ olub

Rusiyanın Kamçatka diyarının Avaça körfəzi akvatoriyasında 5,1 maqnitudalı zəlzələ olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Seysmik hadisə Avaça körfəzi akvatoriyasında 58 kilometr dərinlikdə baş verib. Onun maqnitudası 5,1 təşkil edib”, – məlumatda deyilib.

Petropavlovsk-Kamçatskinin ayrı-ayrı hissələrində yeraltı təkanlar 3 baladək intensivliklə hiss edilib.

Bizimlə əlaqə saxlayın